“İnter”ə məxsus futbolçu Azərbaycan yığması ilə oyunu buraxacaq

“İnter”ə məxsus futbolçu Azərbaycan yığması ilə oyunu buraxacaq Belçika millisinin futbolçusu Zinyo Vanheusden AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçiriləcək oyunu buraxacaq.
Futbol
14 noyabr 2023 06:43
“İnter”ə məxsus futbolçu Azərbaycan yığması ilə oyunu buraxacaq

Belçika millisinin futbolçusu Zinyo Vanheusden AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçiriləcək oyunu buraxacaq.

“Report”un yerli mətbuata istinadən məlumatına görə, buna səbəb 24 yaşlı mərkəz müdafiəçisinin zədələnməsidir.

O, icarə əsasında çıxış etdiyi Belçikanın “Standard” klubunun son oyununda xəsarət alıb. Müqavilə ilə İtaliya “İnter”inə məxsus olan Vanheusden həkim müayinəsindən sonra yığmanın heyətindən çıxarılıb. O, həmçinin Serbiya ilə yoldaşlıq görüşündə də iştirak etməyəcək.

Qeyd edək ki, Belçika yığması noyabrın 15-də Serbiyanı, 19-da isə Azərbaycanı qəbul edəcək. Belçika hazırda 17 xalla F qrupuna başçılıq edir. Millimiz isə 4 xalla dördüncü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi