"İnter" Aleksis Sançeslə vidalaşır

Futbol
  • 01 avqust, 2022
  • 16:57
İnter Aleksis Sançeslə vidalaşır

İtaliya "İnter"i çilili futbolçusu Aleksis Sançeslə yollarını ayırır.

"Report"un məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində yazıb.

O bildirib ki, tərəflər müqaviləyə xitam verilməsi ilə bağlı razılığa gəliblər.

Qeyd edəl ki, 2019-cu ildən "İnter"də çıxış edən 34 yaşlı hücumçu ötən mövsüm 39 oyunda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

44 filmi