İngiltərənin 14 klubu Avropa Super Liqasına qarşı çıxdı

İngiltərənin 14 klubu Avropa Super Liqasına qarşı çıxdı Klublar yekdilliklə turnirin təşkili bağlı bütün planları rədd ediblər
Futbol
20 Aprel , 2021 18:04
İngiltərənin 14 klubu Avropa Super Liqasına qarşı çıxdı

Futbol üzrə İngiltərə Premyer Liqası Avropa Super Liqasının inkişafına mane olmaq üçün bütün variantları nəzərdən keçirəcək.

"Report" xəbər verir ki, bu barədə qurumun Mətbuat xidməti məlumat yayıb.

Yarışın rəhbərliyi bu gün turnir iştirakçısı olmayan 14 klubun nümayəndəsi ilə görüşdə Superliqanın yaradılmasının mümkün mənfi təsirlərini müzakirə edib. Klublar yekdilliklə turnirin təşkili ilə bağlı bütün planları rədd ediblər.

Bildirilib ki, Superliqanı maliyyələşdirən səhmdarları daxili qaydalara uyğun olaraq məsuliyyətə cəlb etmək üçün bütün mümkün yollara əl atılacaq. Premyer Liqa rəhbərliyi futbolun əsas prinsiplərini qorumaqda maraqlı olan tərəflərlə çalışmağa davam edəcəklərini açıqlayıb. Qurum yarışa qatılan klubları dərhal bu ideyadan imtina etməyə dəvət edib.

Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko” (Madrid), “Real Madrid”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları Avropa Super Liqasında iştirakını təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi