İngiltərəli baş məşqçi "Çelsi"nin tarixinə düşüb
Futbol
- 08 mart, 2023
- 05:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qrem Potter İngiltərənin "Çelsi" komandasının tarixinə düşüb.
"Report" BBC-yə istinadən xəbər verir ki, o, London klubunun sükanı arxasında UEFA Çempionlar Liqasında pley-off mərhələsini adlayan ilk ingiltərəli baş məşqçi olub.
48 yaşlı mütəxəssis bunu evdə Almaniyanın "Borussiya" (Dortmund) klubuna 2:0 hesabı ilə qalib gəlməklə bacarıb. "Zadəganlar" Dortmunddakı ilk qarşılaşmada minimal hesabla (0:1) uduzsalar da, iki görüşün nəticəsinə əsasən 1/4 finala yüksəliblər.
Qeyd edək ki, "Çelsi" 2019/2020 mövsümündə Frenk Lempardın rəhbərliyi altında pley-offda Almaniya "Bavariya"sına uduzaraq, mübarizəni dayandırıb.
Son xəbərlər
01:17
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
Digər ölkələr
00:47
Türkiyədə Özcan Dəniz və daha 34 nəfər narkotik istintaqı çərçivəsində saxlanılıb
Region
00:40
Rezai: İran blokadanı yarmaq və yeni təcavüzə cavab vermək əzmindədir
Region
00:26
Kostanyan: Türkiyə və Azərbaycanla qarşılıqlı əlaqə Ermənistanın enerji sisteminin dayanıqlığını artıracaq
Region
00:00
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Daxili siyasət
23:56
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
Digər ölkələr
23:26
Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq
Region
23:20
İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 mlrd dollar itirib
Digər ölkələr
23:13
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
Xarici siyasət