İngiltərə Premyer Liqasının mərkəzi oyununda qalib müəyyənləşmədi

İngiltərə Premyer Liqasının mərkəzi oyununda qalib müəyyənləşmədi İngiltərə Premyer Liqasının 8-ci turun mərkəzi oyununda “Liverpul” səfərdə “Mançester Siti” ilə heç-heçə edib
Futbol
9 Noyabr , 2020 02:21
İngiltərə Premyer Liqasının mərkəzi oyununda qalib müəyyənləşmədi

İngiltərə Premyer Liqasının 8-ci turunun mərkəzi oyununda “Liverpul” səfərdə “Mançester Siti” ilə heç-heçə edib.

"Report" xəbər verir ki, "Etihad Stadium"da keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Məhəmməd Salahın penaltidən qoluna "şəhərlilər" Qabriel Jesusun dəqiq zərbəsi ilə cavab veriblər.

"Liverpul" 17 xal toplayaraq, turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Aktivində 12 xalı olan "Siti" 11-ci yerdədir.

"Qırmızılar" növbəti turda noyabrın 21-də öz meydanlarında “Lester”i qəbul edəcəklər. "Mançester Siti"ni isə həmin gün səfərdə "Tottenhem"lə qarşılaşma gözləyir.

Son xəbərlər

Orphus sistemi