İngiltərə Premyer Liqası pandemiyaya görə böyük itkilərlə üzləşib

İngiltərə Premyer Liqası pandemiyaya görə böyük itkilərlə üzləşib İngiltərə Premyer Liqası 2019/2020-ci illərin mövsümü üzrə maliyyə hesabatını dərc edib
Futbol
23 Aprel , 2021 01:16
İngiltərə Premyer Liqası pandemiyaya görə böyük itkilərlə üzləşib

İngiltərə Premyer Liqası 2019/2020 mövsümü üzrə maliyyə hesabatını dərc edib.

Bu barədə “Report” “Sky Sports”a istinadən xəbər verir.

Bildirilir ki, Liqanın dövriyyəsi 2018/2019 mövsümü ilə müqayisədə 9 faiz aşağı düşüb və 3,3 milyard avro təşkil edib (əvvəlki mövsümdə bu göstərici 3,8 milyard avro təşkil edib). Gəlirlərin azalması koronavirus pandemiyası ilə bağlıdır – Liqanın rəhbərliyi oyunların mövsümün ortalarında dayandırılmasına görə yayımçılara endirimlər etmək məcburiyyətində qalıb.

Liqa hətta dövlətdən 3,8 milyon avro məbləğində qrant istəməli olub. Rəhbərlik qeyd edib ki, qrantlar işçilərin maaşlarının tam həcmində ödəməyə imkan verib və heç bir əməkdaş işsiz qalmayıb.

Son xəbərlər

Orphus sistemi