İngiltərə Premyer Liqası: “Liverpul”u çempionluqdan cəmi iki qələbə ayırır

İngiltərə Premyer Liqası: “Liverpul”u çempionluqdan cəmi iki qələbə ayırır İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində “Liverpul” Londonun “Vest Hem”ini qəbul edib.
Futbol
13 aprel 2025 19:09
İngiltərə Premyer Liqası: “Liverpul”u çempionluqdan cəmi iki qələbə ayırır

İngiltərə Premyer Liqasının XXXII turunda “Liverpul” Londonun “Vest Hem” klubunu qəbul edib.

“Report” xəbər verir ki, baş hakim Endryu Medlinin idarə etdiyi matç “Enfild”də baş tutub.

Ötən tur 204 günlük aradan sonra Premyer Liqada məğlub olan “qırmızılar” “çəkicdöyənlər”lə oyuna hücumlarla başlayıblar. Bunun nəticəsi olaraq 16-cı dəqiqədə misirli vinger Məhəmməd Salahın ötürməsindən sonra ekvadorlu Luis Dias topu tora qovuşdurub.

İkinci hissənin ortalarına doğru təşəbbüsü ələ alan “Vest Hem”in hesabı bərabərləşdirmək üçün bir neçə fürsəti olsa da, qonaqlar buna ancaq avtoqol sayəsində nail olublar: 86-cı dəqiqədə müdafiəçilər Vircil van Dayk və Endryu Robertsonun inamsız oyunu nəticəsində ikinciyə toxunan top Alissonun qoruduğu qapıya daxil olub – 1:1. Bununla belə, Qrem Potterin yetirmələrinin sevinci çox çəkməyib. Üç dəqiqə sonra Vircil van Dayk argentinalı yarımmüdafiəçi Aleksis Makallisterin künc ötürməsindən sonra “qırmızlar”ın ikinci qoluna imza atıb və oyunda son nöqtəni qoyub. Beləliklə, “Liverpul” “Vest Hem”i 2:1 hesabı ilə məğlub edib.

Hesabında 76 xal olan “Liverpul”u çempionluğunun rəsmiləşməsindən cəmi iki qələbə ayırır. Liderin ən yaxın təqibçisi “Arsenal”dır – 63 xal. “Vest Hem” isə 25 xalla 17-ci pillədə qalıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqası 38 turdan ibarətdir. Çempionata mayın 25-də yekun vurulacaq.

Orphus sistemi