İngiltərə millisi gənclər arasında Avropa çempionu olub - VİDEO

İngiltərə millisi gənclər arasında Avropa çempionu olub - VİDEO 21 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi bəlli olub.
Futbol
8 İyul , 2023 22:06
İngiltərə millisi gənclər arasında Avropa çempionu olub - VİDEO

21 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi bəlli olub.

“Report”un məlumatına görə, Gürcüstanın Batumi şəhərində keçirilən çempionatın həlledici matçında İngiltərə və İspaniya gəncləri üz-üzə gəliblər.

Görüş birincilərin minimalhesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu qarşılaşmanın ilk hissəsinə əlavə olunmuş 4-cü dəqiqədə Kurtis Cons vurub.

Qarşılaşmaya əlavə olunmuş 8-ci dəqiqədə ispaniyalı Abel Ruiz penalti zərbəsini qola çevirə bilməyib.

Bununla da İngiltərə milli komandası turnir ərzində qol buraxmadan çempionluq sevinci yaşayıb.

Son xəbərlər

Orphus sistemi