İngiltərə klubunun futbolçusu koronavirusa yoluxdu

İngiltərə klubunun futbolçusu koronavirusa yoluxdu Futbol üzrə İngiltərə Premyer Liqasında koronavirusa növbəti yoluxma halı aşkarlanıb.
Futbol
15 İyul , 2020 00:14
İngiltərə klubunun futbolçusu koronavirusa yoluxdu

Futbol üzrə İngiltərə Premyer Liqasında koronavirusa növbəti yoluxma halı aşkarlanıb. 

"Report"un çempionatın rəsmi saytına istinadən məlumatına görə, bu, ötən həftə aparılmış testləşmənin 13-cü mərhələsinin nəticəsi olaraq üzə çıxıb. Yoxlamadan komandaların oyunçu və əməkdaşları siyahısından 2071 nəfər keçib. Testlərdən birinin cavabı müsbət olub. Futbolçunun adı və klubu açıqlanmır. 

Qeyd edək ki, pandemiya üzündən dayandırılmış İngiltərə Premyer Liqası iyunda bərpa olunub. Çempionatın qalibi adını vaxtından əvvəl "Liverpul" qazanıb.

Son xəbərlər

Orphus sistemi