İbrahimoviç məşqlərə qoşuldu

İbrahimoviç məşqlərə qoşuldu İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç məşqlərə qoşulub.
Futbol
8 Yanvar , 2021 23:01
İbrahimoviç məşqlərə qoşuldu
Zlatan İbrahimoviç

İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç məşqlərə qoşulub.

"Report"un "Sky Italia"ya istinadən məlumatına görə, 40 yaşlı hücumçu 1,5 aylıq fasilədən sonra sıraya dönüb.

İsveçli forvard əvvəlcə 2020-ci il noyabrın 22-də "Napoli"yə 3:1 hesabı ilə qalib gəldikləri A Seriyasının oyununda baldır əzələlərini dartıb. O, meydanlara qayıdış ərəfəsində isə əzələsindən daha bir xəsarət alıb.

Qeyd edək ki, Zlatan İbrahimoviç fərdi proqramla hazırlaşıb. O, yanvarın 9-da "Torino" ilə çempionat, yanvarın 12-də isə İtaliya Kuboku qarşılaşmalarına hazır ola bilməyəcək. Təcrübəli qolçu çox güman ki, yanvarın 18-də "Kalyari" ilə görüşədək forma yığacaq.

Bu mövsüm İbrahimoviç 10 oyuna 11 qol vurub.

Son xəbərlər

Orphus sistemi