İbrahimoviç ağır zədəyə görə karyerasını bitirə bilər
Futbol
- 25 may, 2022
- 14:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliya "Milan"ının futbolçusu Zlatan İbrahimoviç sol dizindən əməliyyat olunacaq.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, isveçli hücumçu 7-8 ay yaşıl meydanlardan kənarda qalacaq.
Bir müddət öncə Milan şəhərinin eyniadlı təmsilçisinin 41 yaşlı forvardla yeni müqavilə imzalayacağı barədə məlumat yayılıb. Lakin hazırkı vəziyyətə görə təcrübəli oyunçunun karyerasını bitirə biləcəyi də istisna olunmur.
İddiaya görə, İbrahimoviç futbolla vidalaşsa, mərhum agent Mino Rayolanın şirkətində işə başlaya bilər.
Qeyd edək ki, Zlatan İbrahimoviç ötən mövsüm “Milan”ın heyətində bütün turnirlərdə 8 qol vurub və 3 məhsuldar ötürmə edib. O, "rossonerilər"lə İtaliya çempionluğunu qazanıb.
Son xəbərlər
16:03
Azərbaycan gələn il ərzaq buğdası ilə özünütəminetməni yüksəltməyə 30 milyon manat xərc çəkəcək
Maliyyə
16:03
Azərbaycanın investisiya imkanları Ankarada türk iş adamlarına təqdim edilib
Biznes
16:01
Azərbaycan və Belarus FHN-ləri arasında əməkdaşlıq müzakirə olunub
Xarici siyasət
16:00
Read Qasımov: "Bakının potensialına uyğun investisiya istiqamətləri müəyyənləşdirilməlidir"
İnfrastruktur
15:59
Foto
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - Yenilənib
Daxili siyasət
15:59
Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib
Maliyyə
15:54
Çin XİN: Pekin Yaxın Şərq münaqişəsinin həlli üçün Fars körfəzi ölkələri ilə dialoqu gücləndirməyə hazırdır
Digər ölkələr
15:54
Bakıda qorunan obyektlərin 90 %-i Mərkəzi Planlaşdırma Rayonunda yerləşir
İnfrastruktur
15:52
Gələn il bitkilərin mühafizəsinə 6 milyon manata yaxın vəsait sərf olunacaq
Maliyyə