İtaliya klubu bir ay öncə gətirdiyi baş məşqçisi ilə yollarını ayırıb

İtaliya klubu bir ay öncə gətirdiyi baş məşqçisi ilə yollarını ayırıb Bakı. 13 noyabr. REPORT.AZ/ İtaliyanın Kyevo klubu baş məşqçisi Canpyero Ventura ilə yollarını ayırıb.
Futbol
13 Noyabr , 2018 20:28
İtaliya klubu bir ay öncə gətirdiyi baş məşqçisi ilə yollarını ayırıb

Bakı. 13 noyabr. REPORT.AZ/ İtaliyanın "Kyevo" klubu baş məşqçisi Canpyero Ventura ilə yollarını ayırıb.

"Report" klubun saytına istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv olunub.

C.Venturanın rəhbərliyi altında 4 oyun keçirən komanda üçündə məğlub olub və bir dəfə heç-heçə edib.

Qeyd edək ki, C.Ventura oktyabrın 10-da "Kyevo"ya baş məşqçi təyin olunub. Klub italiyalı məşqçi ilə iki illik müqavilə imzalamışdı. O, bundan öncə, İtaliya yığmasına rəhbərlik edib və komandası dünya çempionatına vəsiqə qazana bilmədiyinə görə vəzifəsini itirib. 

Xatırladaq ki, "Kyevo" İtaliya A seriyasında 12 turdan sonra 0 xalla sonuncu pillədə qərarlaşıb. Komanda çempionatda 3 heç-heçə etsə də, daha əvvəl hesabından 3 xal silinib.
 

Son xəbərlər

Orphus sistemi