Türkiyə Super Liqasında VI turun mərkəzi görüşü "Qalatasaray" və "Fənərbağça" komandaları arasında keçirilib.
"Report"un məlumatına görə, "Türk Telekom Arena"da təşkil olunmuş mövsümün ilk İstanbul derbisi qolsuz yekunlaşıb - 0:0.
Matç "Türk Telekom" arenada təşkil olunub. VI tur qarşılaşmasını FIFA referisi Cüneyt Çakır idarə edib.
110 ildir rəqabətdə olan iki komanda 390-cı dəfə üz-üzə gələcək. Əvvəlki qarşılaşmaların 146-da "Fənərbağça", 123-də isə "Qalatasaray" qələbə qazanıb. Topların nisbətində də "sarı lacivərdlilər" üstündür - 535:485.
Altmış iki ildir keçirilən Superliqada isə İstanbul təmsilçiləri 125 dəfə görüşüblər. Bu rəqabətdə də "Fənər" öndədir - 50:33. Topların nisbəti isə 157:119-dur. Son 10 rəsmi matçın 6-da heç-heçə qeydə alınıb, 3-də "sarı-lacivərdlilər", 1-də "sarı-qırmızılar" qələbə qazanıb.