İsrail komandası "Neftçi"yə qarşı 5 müdafiəçi ilə oynayacaq

İsrail komandası "Neftçi"yə qarşı 5 müdafiəçi ilə oynayacaq İsrailin “Bney Yehuda komandası Neftçi ilə keçirəcəyi Avropa Liqasının III təsnifat mərhələsinin Bakıdakı ilk matçına itkilərlə çıxacaq.
Futbol
7 Avqust , 2019 13:31
İsrail komandası Neftçiyə qarşı 5 müdafiəçi ilə oynayacaq

İsrailin “Bney Yehuda" komandası "Neftçi" ilə keçirəcəyi Avropa Liqasının III təsnifat mərhələsinin Bakıdakı ilk matçına itkilərlə çıxacaq.

"Report" sport1.maariv.co.il saytına istinadən xəbər verir ki, baş məşqçi Yossi Abukasis müdafiə mövqeyində çıxış edən kapitan İtzik Azuz, yarımmüdafiəçilər Amit Zenati və Eytan Velblumun xidmətindən yararlana bilməyəcək.

49 yaşlı mütəxsis komandanın son məşqində məhz beş müdafiəçidən istifadə edib. Flaqmanla görüşdə müdafiənin sağında Avişay Koen, mərkəzdə Din Mori, Ben Ari, Daniel Felczer sol cinahda isə Amir Rustomun meydanda olacağı ehtimal olunur.

“Bney Yehuda"nın avqustun 6-da müqavilə imzaladığı yeni transferi kosovolu müdafiəçi Alban Pnişi də Bakıya gətirilən futbolçuların siyahısındadır. Baş məşqçi Felczerin yerinə ona da şans verə bilər.

Yarımmüdafiədə İsmaila Soro, Tambi Saqas, hücumda isə Dor Yan və Mohammed Qadirin meydanda olma ehtimalı böyükdür. Xəbərdə qapıda kimin dayanacağı və 10-cu meydan oyunçusunun adı göstərilməyib.

Qeyd edək ki, "Neftçi" və "Bney Yehuda" arasındakı oyun avqustun 8-i saat 21:00-da "Bakcell Arena"da keçiriləcək. Cavab matçı bir həftə sonra İsraildə olacaq və Bakı vaxtı ilə 21:00-da start götürəcək. 

Son xəbərlər

Orphus sistemi