İspaniyanın "Real" klubu Kavani ilə maraqlanır

İspaniyanın "Real" klubu Kavani ilə maraqlanır Bakı. 19 noyabr. REPORT.AZ/ Madridin Real klubu PSJ və Uruqvay yığmasının hücumçusu Edison Kavanini komandaya cəlb etmək variantını nəzərdən keçirir.
Futbol
19 Noyabr , 2018 06:21
İspaniyanın Real klubu Kavani ilə maraqlanır

Bakı. 19 noyabr. REPORT.AZ/ Madridin "Real" klubu PSJ Uruqvay yığmasının hücumçusu Edison Kavanini komandaya cəlb etmək variantını nəzərdən keçirir.

“Report” xəbər verir ki, Kavani 2013-cü ildən Fransa PSJ-sinin şərəfini qoruyur.

31 yaşlı forvard hazırkı mövsümdə Fransa çempionatında 8 qol vurub və 8 matçda məhsuldar ötürmə edib.

Edisonla İtaliyanın "Napoli" klubu da maraqlanır. Uruqvaylı futbolçu 2010-2013-cü illərdə sözügedən komandada çıxış edib.

Bundan əvvəl Fransanın PSJ klubunun UEFA Çempionlar Liqasından kənarlaşdırıla biləcəyi barədə xəbər yayılıb.

Son xəbərlər

Orphus sistemi