Byelsa Uruqvay millisinə həvəskar futbolçu dəvət edib

Byelsa Uruqvay millisinə həvəskar futbolçu dəvət edib Futbol üzrə Uruqvay milli komandasının baş məşqçisi Marselo Byelsa mayın 31-də Kosta Rika ilə keçirəcəkləri yoldaşlıq matçı üçün hazırlıqlara həvəskar futbolçu dəvət edib.
Futbol
6 May , 2024 17:33
Byelsa Uruqvay millisinə həvəskar futbolçu dəvət edib

Futbol üzrə Uruqvay milli komandasının baş məşqçisi Marselo Byelsa mayın 31-də Kosta Rika ilə keçirəcəkləri yoldaşlıq matçı üçün hazırlıqlara həvəskar futbolçu dəvət edib.

"Report" "TNT Sport"a istinadən xəbər verir ki, təcrübəli məşqçi Uruqvayın "Yuventud de Soriano" həvəskar klubunda çıxış edən 24 yaşlı hücumçu Valter Domingesi əsas yığmaya çağırıb.

Byelsanın belə addım atmasına səbəb futbolçunun çıxış etdiyi komandada göstərdiyi performans olub. O, son mövsümdə komandasının heyətində meydana çıxdığı 39 matçda 57 qolla diqqət çəkib.

Yerli jurnalistə müsahibə verən Dominges dəvətə görə xoşbəxt olduğunu deyib: "Mənə zəng etdilər. Çox xoşbəxtəm. Bunu gözləmirdim. Sürpriz oldu. Doğrusu, çox xoşbəxtəm".

Qeyd edək ki, Argentina və Çili milli yığmalarını, həmçinin “Atletik" (İspaniya), “Marsel” (Fransa), “Latsio” (İtaliya), “Lill” (Fransa) kimi klubları çalışdırmış Marselo Byelsa 2023-cü ildən Uruqvay yığmasının baş məşqçisidir.

Son xəbərlər

Orphus sistemi