İranın dövlət televiziyası “Roma” klubunun loqotipinə qarşı senzura tətbiq edib
Futbol
- 05 aprel, 2018
- 13:55
Bakı. 5 aprel. REPORT.AZ/ İranın dövlət televiziyası İtaliyanın “Roma” futbol klubunun loqotipinə qarşı senzura tətbiq edib.
“Report” BBC-yə istinadən xəbər verir ki, bu addım “canavarlar”ın İspaniya təmsilçisi “Barselona”ya 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçının yayımı zamanı atılıb.
“Roma”nın loqotipində iki uşağa süd verən canavar əks olunub. İtaliyanın yaradıcıları kimi qəbul olunan Romul və Rim canavarın döşlərindən süd əmirlər. İran televiziyasının əməkdaşları matçı efirə verən zaman loqotipdəki həmin hissəni örtməyi məqsədəuyğun sayıblar.
Hələlik İtaliya klubunun rəsmiləri hadisəyə şərh verməyiblər.
Qeyd edək ki, “Roma” və “Barselona” arasında cavab matçı aprelin 10-da keçiriləcək.
Son xəbərlər
16:56
Qətərin Baş naziri: ABŞ-nin Ukrayna üzrə səyləri sülhə ümid verir
Digər ölkələr16:42
Foto
Azərbaycan kamandan oxatanları beynəlxalq turnirdə uğurla çıxış ediblər
Fərdi16:35
Foto
Azərbaycan məhsulları Ankarada beynəlxalq xeyriyyə tədbirində maraqla qarşılanıb
Region16:30
Xəzər dənizindən qanunsuz qum-çınqıl daşıyan şəxslər saxlanılıb
Hadisə16:24
Viktor Orban dekabrın 8-də Türkiyəyə səfər edəcək
Region16:07
Coşua Van XXI əsrdə doğulan ilk UFC çempionu kimi tarixə düşüb
Fərdi15:53
İsrailin Baş naziri və Almaniya kansleri Qüdsdə görüşüblər
Digər ölkələr15:51
Premyer Liqa: "Şamaxı" səfərdə "Karvan-Yevlax"a qalib gəlib
Futbol15:35