Futbol üzrə İran və BƏƏ millilərinin baş məşqçiləri istefaya göndəriliblər
Futbol
- 05 dekabr, 2019
- 10:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə İran millisinin baş məşqçisi Mark Vilmots istefaya göndərilib.
"Report"un İSNA agentliyinə istinadən xəbər verir ki, 50 yaşlı belçikalı mütəxəssis "Twitter" səhifəsindən menecerinin təzminat məsələsi ilə bağlı federasiya ilə danışıq apardığını bildirib. O, qovulmasını şərh etmək istəmədiyini vurğulayıb.
İran yığması ilə yanaşı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) millisinin baş məşqçisi Bert van Marveyk də postundan göndərilib. 67 yaşlı mütəxəssisin qovulmasına komandanın Qətərə 2:4 hesabı ilə uduzması səbəb olub.
Qeyd edək ki, Bert van Marveyk bu ilin martında, Mark Vilmots isə mayda baş məşqçi təyin olunmuşdu.
Son xəbərlər
18:25
Konqoda Eboladan ölənlərin sayı 6 000 nəfəri ötüb
Digər ölkələr
17:55
Leysan yağacaq, bəzi dağ çaylarından sel keçəcək - Xəbərdarlıq
Ekologiya
17:53
Albaniyada etiraz aksiyalarında xəsarət alanların sayı 61 nəfərə çatıb
Digər ölkələr
17:45
Yohannes Klebo Dünya Kubokunda həmyerlisinin rekordunu təkrarlayıb
Fərdi
17:40
Foto
Azərbaycan və Peru arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Xarici siyasət
17:25
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Ekologiya
17:22
Gürcüstan XİN-dən Türkiyə səfirinə "Beşiktaş" - "Hapoel" matçındakı insidentlə bağlı təəssüfləndikləri bildirilib
Region
17:18
Nəbi İsgəndərov Dünya Kubokunda yarımfinala yüksəlib
Fərdi
17:15
"Kyodo": ABŞ Yaponiyanın beşillik müdafiə büdcəsindən narazıdır
Digər ölkələr