İntizam Komitəsi "Zirə"ni getrə görə cərimələyib

İntizam Komitəsi "Zirə"ni getrə görə cərimələyib Zirə klubunun Emil Balayevə görə AFFA İntizam Komitəsi (İK) tərəfindən cərimələnməsinin təfərrüatı məlum olub.
Futbol
11 Mart , 2020 13:29
İntizam Komitəsi Zirəni getrə görə cərimələyib

"Zirə" klubunun Emil Balayevə görə AFFA İntizam Komitəsi (İK) tərəfindən cərimələnməsinin təfərrüatı məlum olub.

"Report" xəbər verir ki, cəza qapıçının getrləri ilə bağlı qüsura görə verilib.

Daha dəqiqi, bu, getrlərin ayağa keçirilən hissəsinin fərqli rəngdə olması ilə bağlıdır. Onu elə bağlamaq lazımdır ki, üstü tam örtülsün, görünməsin. Bu isə vaxt əlavə itkisi deməkdir. 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XX turunun "Səbail" - "Zirə" oyunu (3:1) qonaq komandanın qapıçısı Emil Balayevin geyim formasındakı qüsura görə gec başlayıb. Bu səbəbdən İK klubu 800 manat cərimələyib.

Son xəbərlər

Orphus sistemi