“İnter” Zaur Svanadze ilə yeni müqavilə imzalayıb

“İnter” Zaur Svanadze ilə yeni müqavilə imzalayıb Sözləşmənin müddəti 2017/2018 mövsümünün sonuna qədər nəzərdə tutulub
Futbol
7 Avqust , 2017 11:15
“İnter” Zaur Svanadze ilə yeni müqavilə imzalayıb

Bakı. 7 avqust. REPORT.AZ/ Bakının “İnter” klubu əsas komandanın baş məşqçisi Zaur Svanadze ilə yeni müqavilə imzalayıb. 

Bunu “Report”a açıqlamasında 59 yaşlı gürcüstanlı mütəxəssis bildirib. 

O deyib ki, sözləşmənin müddəti 2017/2018 mövsümünün sonuna qədər nəzərdə tutulub. Z.Svanadze məşqçilər korpusunda da heç bir dəyişikliyin olmayacağını söyləyib.

Qeyd edək ki, Z.Svanadze 2015-ci ilin iyununda “İnter”in baş məşqçisi postunda Kaxaber Sxadadzeni əvəzləyib. Onun paytaxt klubu ilə müqaviləsinin müddəti iyun ayında başa çatıb.

Son xəbərlər

Orphus sistemi