"İnter"in yeni prezidenti Klublar Komitəsinin iclasına qatılmayıb

"İnter"in yeni prezidenti Klublar Komitəsinin iclasına qatılmayıb Toplantının gündəliyinə cəmi bir məsələ salınıb
Futbol
23 Dekabr , 2016 10:41
İnterin yeni prezidenti Klublar Komitəsinin iclasına qatılmayıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Bu gün "Boulevard Hotel"də AFFA Klublar Komitəsinin (KK) 2016-cı ildə son iclası işə başlayıb.

"Report"un məlumatına görə, toplantıda "İnter"in yeni prezidenti Azər Əliyev qatılmayıb.

Əvəzində klubdan bu hüquq mətbuat katibi Səbuhi Məmmədova verilib. S.Məmmədov A.Əliyevin işlərinin çoxluğu ilə əlaqədar tədbirə qatıla bilmədiyini söyləyib.

Digər klublara gəldikdə, AZAL-ı vitse-prezident və KK sədri Fikrət Hüseynov, "Sumqayıt"ı klub prezidenti Kamran Quliyev, "Kəpəz"i Müşahidə Şurasının üzvü Mikayıl Quliyev, "Zirə"ni icraçı direktor Natiq İsmayılov, "Qəbələ"ni vitse-prezident Fariz Nəcəfov təmsil edir. "Neftçi" və "Qarabağ" rəsmiləri - müvafiq olaraq, icraçı direktor Orxan Hüseynzadə və baş menecer Asif Əsgərov isə iclasa 10 dəqiqə gecikib.

Toplantının gündəliyinə cəmi bir məsələ salınıb. Bu, KK-ya yeni sədr seçkisidir. 

Son xəbərlər

Orphus sistemi