"İnter"in kapitanı komandasının "Qəbələ"yə qarşı taktikasını tənqid edib

"İnter"in kapitanı komandasının "Qəbələ"yə qarşı taktikasını tənqid edib "Qəbələ" ilə ilk matçı unudub çempionat matçına hazırlaşmaq lazımdır"
Futbol
30 Mart , 2017 19:38
İnterin kapitanı komandasının Qəbələyə qarşı taktikasını tənqid edib

Bakı. 30 mart. REPORT.AZ/ "Oyun yaxşı keçdi. Rəqib layiqli qələbə qazandı. İlk yarıda qol imkanlarımız oldu. Amma fərqlənə bilmədik. "Qəbələ" isə əlverişli imkanlardan yararlanaraq qalib gəldi".

"Report"un məlumatına görə, bunu "İnter"in kapitanı Nizami Hacıyev evdə "Qəbələ"yə 1:3 hesabı ilə uduzduqları futbol üzrə Azərbaycan Kubokunun ilk yarımfinal matçından sonra deyib. 

29 yaşlı hücumçu bildirib ki, qonaqların lehinə təyin edilmiş hər iki penalti qərarı haqlı olub: "İlk epizodda Elnur Abdullayevin özü dedi ki, penalti var idi. Yəni topa başını uzatmaq istədikdə əlinə dəyib. İkinci epizodda isə fikrimcə penalti var idi".

Təcrübəli oyunçu komandanın taktikasından narazılığını da ifadə edib: "Bir neçə futbolçumuz oynamırdı. Ona görə də taktiki planda dəyişiklik oldu. Amma deyərdim ki, bu dəyişiklik bəhrəsini vermədi".

Hacıyev artıq bu oyunu uduzaraq aprelin 2-də AZAL-la keçirəcəkləri Azərbaycan Premyer Liqasının XXIV tur matçına hazırlaşmalarının zəruri olduğunu vurğulayıb: "Açığı, hələ cavab qarşılaşması haqqında fikirləşmirəm. Növbəti oyunumuz AZAL-a qarşıdır. Bu oyun bizim üçün 3-cü yeri təmin etmək baxımından çox önəmlidir. Ona görə də "Qəbələ" ilə ilk matçı unudub çempionat matçına hazırlaşmaq lazımdır". 

Son xəbərlər

Orphus sistemi