İngiltərə və Venesuela yığmaları həlledici görüşə vəsiqə qazanıb

İngiltərə və Venesuela yığmaları həlledici görüşə vəsiqə qazanıb Cənubi koreyada keçirilən 20 yaşadək futbolçular arasında dünya çempionatının finalçıları müəyyənləşib
Futbol
8 İyun , 2017 19:56
İngiltərə və Venesuela yığmaları həlledici görüşə vəsiqə qazanıb

Bakı. 8 iyun. REPORT.AZ/ Cənubi Koreyada 20 yaşadək futbolçular arasında keçirilən dünya çempionatının finalçıları müəyyənləşib. 

“Report”un məlumatına görə, bu gün baş tutan yarımfinal qarşılaşmalarından sonra İngiltərə və Venesuela yığmaları həlledici görüşə vəsiqə qazanıb.

İngiltərə yarımfinalda İtaliyanı 3:1 hesabı ilə məğlub etdiyi halda, Venesuela Uruqvayı penaltilər seriyasında üstələyib – 4:3 (əsas vaxt 1:1).

Qeyd edək ki, iyunun 11-də keçiriləcək final qarşılaşması Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi