İngiltərə Kuboku: "Çelsi" "Mançester Yunayted"i məğlub edərək yarımfinala çıxıb

İngiltərə Kuboku: "Çelsi" "Mançester Yunayted"i məğlub edərək yarımfinala çıxıb Oyunda yeganə qolu N Qolo Kante vurub
Futbol
13 mart 2017 21:40
İngiltərə Kuboku: Çelsi Mançester Yunaytedi məğlub edərək yarımfinala çıxıb
Courtesy İmage

Bakı. 14 mart. REPORT.AZ/ Futbol üzrə İngiltərə kubokunun 1/4 finalının növbəti matçı keçirilib.

"Report" xəbər verir ki, "Çelsi" öz meydanında "Mançester Yunayted"i qəbul edib.

Oyun 1:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu N Qolo Kante vurub.

Qeyd edək ki, qarşılaşmanın ikinci hisssəsində qonaqlar azlıqda qalıb. Belə ki, Ander Errera ikinci sarı vərəqə ilə meydandan qovulub.

"Çelsi" bu hesabla yarımfinala çıxıb. 

Son xəbərlər

Orphus sistemi