İngiltərə klubunda koronavirusa yoluxmuş futbolçunun adı məlum oldu

İngiltərə klubunda koronavirusa yoluxmuş futbolçunun adı məlum oldu İngiltərənin Uotford klubunda koronavirusa yoluxmuş futbolçunun Edrian Mariappa olduğu üzə çıxıb.
Futbol
20 May , 2020 19:12
İngiltərə klubunda koronavirusa yoluxmuş futbolçunun adı məlum oldu

İngiltərənin "Uotford" klubunda koronavirusa yoluxmuş futbolçunun Edrian Mariappa olduğu üzə çıxıb.

"Report"un məlumatına görə, bu barədə "Telegraph" nəşrinə açıqlamasında yamaykalı müdafiəçinin özü deyib.

34 yaşlı oyunçu infeksiyanın ona kimdən keçdiyini bilmədiyini söyləyib: "Bu, mənim üçün böyük sürpriz oldu. Çünki bir neçə məşq və uşaqlarla vaxtaşırı gəzinti istisna olmaqla, evi tərk etməmişəm. Əsasən övladlarımın təhsili və fərdi hazırlıqla məşğul olmuşam".

Qeyd edək ki, mayın 18-də və 19-da İngiltərə Premyer Liqasının klublarında 748 nəfərdən götürülən analizlərdən sonra 3 komandada virusa ümumilikdə 6 yoluxma halı aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi