I Divizionun başlama tarixi açıqlandı

I Divizionun başlama tarixi açıqlandı Azərbaycan I Divizionunda 2020/2021 mövsümünün start tarixi müəyyənləşdi.
Futbol
21 Sentyabr , 2020 11:41
I Divizionun başlama tarixi açıqlandı

Azərbaycan I Divizionunda 2020/2021 mövsümünün start tarixi müəyyənləşib.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarış 1 oktyabrda başlayacaq.

3 dövrə keçiriləcək turnirdə iştirak edəcək komandalar aşağıdakılardır:

“Turan Tovuz”
“Zaqatala”
“Sabah-2”
“Neftçi-2”
“Kəpəz”
“Keşlə-2”
“Sumqayıt-2”
“Qarabağ-2”
 MOİK
“Qaradağ Lökbatan”

Yarışın püşkatma mərasimi 24 sentyabrda AFFA-nın inzibati binasında keçiriləcək. Saat 15:00-da başlanacaq tədbir Peşəkar Futbol Liqasının rəsmi "YouTube" kanalı ilə canlı yayımlanacaq. Azərbaycanda davam edən karantin rejimi ilə əlaqədar klub və KİV nümayəndələri püşkatmada iştirak etməyəcək.

Son xəbərlər

Orphus sistemi