"Hypers Guba" klubunun baş məşqçisi: "Çox istərdik ki, Azərbaycan Kubokunda sensasiya edək"

"Hypers Guba" klubunun baş məşqçisi: "Çox istərdik ki, Azərbaycan Kubokunda sensasiya edək" "Çox istərdik ki, Azərbaycan Kubokunda sensasiya edək".
Futbol
30 Sentyabr , 2024 16:24
Hypers Guba klubunun baş məşqçisi: Çox istərdik ki, Azərbaycan Kubokunda sensasiya edək
Vüqar Nadirov

"Çox istərdik ki, Azərbaycan Kubokunda sensasiya edək".

"Report" xəbər verir ki, bunu Azərbaycan Kubokunun 2024/2025 mövsümünün püşkatma mərasimindən sonra jurnalistlərə açıqlamasında "Hypers Guba" klubunun baş məşqçisi Vüqar Nadirov deyib.

O, ilk dəfə qatılacaqları Azərbaycan Kubokunda uğurlu çıxış etmək istədiklərini bildirib:

"I təsnifat mərhələsində rəqibimiz "Göygöl" kollektivi olacaq. Məqsədimiz qalib gəlməkdir. Növbəti mərhələyə adlasaq, Premyer Liqa təmsilçisi "Turan Tovuz"la qarşılaşacağıq. Çox istərdik ki, Azərbaycan Kubokunda sensasiya edək. Bunun üçün ilk olaraq "Göygöl" komandasına qalib gəlməliyik".

Azərbaycan millisinin sabiq üzvü cari mövsüm ölkə kubokunun daha maraqlı keçəcəyini bildirib:

"34 komandanın Azərbaycan Kuboku uğurunda yarışması müsbət haldır. Aşağı liqalarda çıxış edən futbolçular özlərini daha yaxşı tərəfdən göstərməyə çalıçacaqlar. İnanıram ki, bu, Azərbaycan futbolunun inkişafına töhfə verəcək. Bizim vaxtımızda əksər komandalar Premyer Liqa təmsilçiləri idi. I Liqadan da 3-4 komanda olurdu. İndi isə hər kəs mübarizəyə qoşulacaq. Bu, turniri daha da maraqlı edəcək".

Qeyd edək ki, Azərbaycan Kubokunda I təsnifat mərhələsinin oyunları oktyabrın 12-13-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi