“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Qruplarda son oyunlar keçiriləcək

“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Qruplarda son oyunlar keçiriləcək Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün qrup mərhələsinə yekun vurulacaq.
Futbol
4 May , 2023 09:57
“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Qruplarda son oyunlar keçiriləcək

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün qrup mərhələsinə yekun vurulacaq.

“Report”un məlumatına görə, son gündə dörd oyun keçiriləcək.

Əvvəlcə B qrupunun matçları oynanılacaq. İlk olaraq autsayderlər - Türkiyə ilə CAR yığmaları üz-üzə gələcəklər. Türkiyə yığmasının 3-cü yerə az da olsa, şansı davam edir. Bunun üçün “ay-ulduzlular” qalib gəlməli, digər görüşdə isə Fransa Qazaxıstanı məğlub etməlidir.

A qrupunda heç bir şansı qalmayan İtaliya turnirdə son sınağını Çexiya önündə verəcək. Qrupda liderliyini bölüşdürən Azərbaycan və Serbiya millilərinin qarşılaşması isə birinci yerin sahibini müəyyənləşdirəcək.

Qeyd edək ki, qrup birinciləri yarımfinala vəsiqə qazanacaqlar. 2-3-cü yerləri tutacaq komandalar isə pley-offda üz-üzə gələcəklər.

Beynəlxalq Minifutbol Turniri
4 may
A qrupu

17:30. İtaliya – Çexiya
19:00. Azərbaycan – Serbiya

Komanda

O

Q

H

M

T-F

X

1

Serbiya

3

2

1

0

12-5

7

2

Azərbaycan

3

2

1

0

4-0

7

3

Çexiya

3

1

2

0

8-5

5

4

Gürcüstan

4

1

0

3

7-11

3

5

İtaliya

3

0

0

3

5-15

0

B qrupu

14:30. CAR – Türkiyə
16:00. Fransa - Qazaxıstan

Komanda

O

Q

H

M

T-F

X

1

Fransa

3

2

1

0

17-2

7

2

Ukrayna

4

2

1

1

11-6

7

3

Qazaxıstan

3

2

0

1

6-3

6

4

Türkiyə

3

1

0

2

4-7

3

5

CAR

3

0

0

3

2-22

0

Son xəbərlər

Orphus sistemi