Azərbaycan millisinin futbolçusu: "Hər iki oyunda qələbə qazanmaq istəyirik"

Azərbaycan millisinin futbolçusu: "Hər iki oyunda qələbə qazanmaq istəyirik" Bizim bir gözləntimiz var. Hər iki oyunda da qələbə qazanmaq istəyirik.
Futbol
7 İyun , 2019 12:46
Azərbaycan millisinin futbolçusu: Hər iki oyunda qələbə qazanmaq istəyirik

"Bizim bir gözləntimiz var. Hər iki oyunda da qələbə qazanmaq istəyirik".

"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov "Freiepresse.de" saytına açıqlamasında AVRO-2020-nin seçmə mərhələsindəki Macarıstan və Slovakiya ilə görüşlər barədə danışarkən deyib.

29 yaşlı hücumçu hər iki oyunda yaxşı nəticə əldə etməyin mümkünlüyünü vurğulayıb: "Bakıda oynamaq hər hansı rəqib üçün çətindir. Bundan əlavə, qrupumuzda çətin və bir o qədər də uğurlu Uels yığması var".

Almaniya II Bundesliqasında "Aue"nin formasını geyinən oyunçu klubu barədə də danışıb. O klubunun həmin liqada qalmaq üçün mübarizə apardığını deyib: "Bu, növbəti mövsümdə də belə olacaq. Enişli və yoxuşlu yollar görəcəyik. Karyeramda heç vaxt belə həyəcanlanmamışdım. Bu futboldur. Ümid edirəm ki, növbəti mövsüm komanda üçün bundan da yaxşı olacaq. "Hamburq" və "Ştutqart" ilə birlikdə güclü bir liqa bizi gözləyir. Ümid edirəm ki, kollektiv düzgün bir şəkildə güclənəcək. Azarkeşlər əmin ola bilərlər ki, biz həmişə mübarizə aparacağıq".

Qeyd edək ki, Azərbaycan millisi iyunun 8-də Macarıstan, iyunun 11-də Slovakiya yığması ilə qarşılaşacaq. Hər iki görüş "Bakcell Arena"da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi