Henrik Larsson "Helsinborq" klubunun yeni baş məşqçisi təyin olunub.
"Report" xəbər verir ki, bu barədə İsveç klubunun rəsmi "Twitter" səhifəsi məlumat yayıb.
"Səni gözəl xatirələrin bağladığı kluba qayıtmaq xoşdur. İşə başlamaq üçün çox həvəsliyəm. Bu, bizim, məşqçilərin, oyunçuların, bütün assosiasiya iştirakçılarının və əlbəttə ki, azarkeşlərin - onlarsız bir bacarmarıq - qarşımızda duran fantastik ruhlandırıcı vəzifədir", — deyə Larsson bildirib.
47 yaşlı Larsson 2014-2016-cı illərdə artıq bir dəfə "Helsinborq"u çalışdırıb, daha sonra isə fanatların onun futbolçu oğluna hücum etməsindən sonra klubdan ayrılıb. Həmin mövsümün yekununda "Helsinborq" İsveç birinci liqasını tərk edib.
Cari mövsümdə isə komanda İsveç çempionatında 14-cü yerdə qərarlaşıb.