Gürcüstandakı futbolçumuz: "Həkim hamımızı yoxlayıb, komandada xəstə oyunçu yoxdur"

Gürcüstandakı futbolçumuz: "Həkim hamımızı yoxlayıb, komandada xəstə oyunçu yoxdur" Hazırda Tbilisidəyəm. Vəziyyət normaldır, hər şey qaydasındadır. Çempionatın dayandırılması təhlükənin qarşısını almaq məqsədilə atılmış addımdır. Qadağa məşqlərə aid deyil. 3 gündən sonra məşqləri bərpa edəcəyik.
Futbol
12 Mart , 2020 17:26
Gürcüstandakı futbolçumuz: Həkim hamımızı yoxlayıb, komandada xəstə oyunçu yoxdur

"Hazırda Tbilisidəyəm. Vəziyyət normaldır, hər şey qaydasındadır. Çempionatın dayandırılması təhlükənin qarşısını almaq məqsədilə atılmış addımdır. Qadağa məşqlərə aid deyil. 3 gündən sonra məşqləri bərpa edəcəyik".

Bu fikirləri "Report"a açıqlamasında Gürcüstanın "Samtredia" klubunun azərbaycanlı futbolçusu Nicat Qurbanov koronavirus pandemiyasına görə ölkədə çempionatın dayandırılması barədə danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi bildirib ki, komandada hamı həkim müayinəsindən keçib: "Buna sırf koronavirus testi demək olmaz. Sadəcə, həkim hamımızı müayinə edib. Sevindirici haldır ki, heç kimdə şübhə doğuran hal aşkarlanmayıb. Komandada qızdırmalı, xəstə oyunçu yoxdur".

Qurbanov hələlik Azərbaycana qayıtmaq barədə düşünmədiyini də vurğulayıb: "Virus, demək olar ki, bütün dünyada var. Müsbət haldır ki, Azərbaycanda ciddi təhlükə səviyyəsinə çatmayıb. Gürcüstanda da vəziyyət ciddi deyil. Normal həyatımızı yaşayırıq. Həyatıma təhlükə olsa, qayıdaram. Hazırda isə hər şey qaydasındadır".

Futbolçu virusdan qorunmaq üçün gigiyenik qaydalara riayət etdiyini deyib: "Bildiyiniz kimi, virusun istiyə dözümü yoxdur. Buna görə də tez-tez isti su və ya çay içirik".

Qeyd edək ki, Azərbaycanda "Simurq", "Neftçi", AZAL, "Zirə", "Kəpəz" və "Sumqayıt" klublarının formasını geyinən Nicat Qurbanov ötən ilin yayından "Samtredia"da çıxış edir.

Son xəbərlər

Orphus sistemi