The Best: Azərbaycanın qadın yığmasının baş məşqçi və kapitanı seçimlərini açıqlayıb

The Best: Azərbaycanın qadın yığmasının baş məşqçi və kapitanı seçimlərini açıqlayıb Qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov FIFA-nın "The Best" mükafatı üçün ayrı-ayrı nominasiyalar üzrə seçimlərini müəyyənləşdirib.
Futbol
11 Yanvar , 2022 17:00
The Best: Azərbaycanın qadın yığmasının baş məşqçi və kapitanı seçimlərini açıqlayıb

Qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov FIFA-nın "The Best" mükafatı üçün ayrı-ayrı nominasiyalar üzrə seçimlərini müəyyənləşdirib.

Bu barədə "Report"a 34 yaşlı mütəxəssisin özü məlumat verib.

O, "Ən yaxşı qadın futbolçu" nominasiyasında İspaniya "Barselona"sında çıxış edən Cenni Ermosonu fərqləndirib. Əsgərov İngiltərə "Mançester Siti"sindən Ellen Uaytı ikinci, "Çelsi"dən danimarkalı Pernille Harderi üçüncü sırada göstərib.

Mütəxəssis Niderland yığmasına rəhbərlik edən niderlandlı Sarina Viqmanı ən yaxşı baş məşqçi hesab edib, İsveç millisin sükanı arxasında olan Peter Gerhardssonu ikinci, Kanada yığmasındakı ingiltərəli Beverli Pristmanı isə üçüncü yerə layiq görüb.

Əsgərov "Çelsi"dəki almaniyalı Ann-Katrin Bergeri ən yaxşı qapıçı kimi təqdim edib. Baş məşqçi bu nominasiyada Hedvig Lindalı ("Atletiko" Madrid, İsveç) ikinci, Stefani Labbeni (PSJ, Kanada) üçüncü kimi göstərib.

Komandanın kapitanı Sevinc Cəfərzadə baş məşqçidən fərqli olaraq, "Barselona"dan ispaniyalı Aleksiya Putelyası ən yaxşı oyunçu seçib. 28 yaşlı hücumçu Pernille Harderi ikinci, İngiltərə "Arsenal"lından niderlandlı Vivian Midemanı üçüncü yerə layiq görüb. Cəfərzadə qapıçı nominasiyasında Fransa "Lion"unda çıxış edən Kristiana Endleri ən güclü sayıb. Forvard Əsgərov kimi Hedvig Lindalı ikinci, Stefani Labbeni üçüncü yerə layiq görüb.

Son xəbərlər

Orphus sistemi