Azərbaycan hakimləri VAR texnologiyalı beynəlxalq oyunlara təyinat ala biləcəklər

Azərbaycan hakimləri VAR texnologiyalı beynəlxalq oyunlara təyinat ala biləcəklər Azərbaycanın futbol hakimləri VAR və AVAR texnologiyası tətbiq olunan beynəlxalq oyunlara təyinat ala biləcəklər.
Futbol
31 May , 2019 16:28
Azərbaycan hakimləri VAR texnologiyalı beynəlxalq oyunlara təyinat ala biləcəklər

Azərbaycanın futbol hakimləri VAR və AVAR texnologiyası tətbiq olunan beynəlxalq oyunlara təyinat ala biləcəklər.

"Report" xəbər verir ki, bununla bağlı UEFA-dan AFFA-nın Hakimlər Komitəsinə məlumat daxil olub.

FIFA referisi Əliyar Ağayev, FIFA referi köməkçiləri Akif Əmirəli Zeynal Zeynalovun sözügedən texnologiyalı qarşılaşmalarda iştirakına razılıq verilib. 

Qeyd edək ki, 19 - 26 apreldə Türkiyənin Antalya şəhərində UEFA tərəfindən “Video Köməkçi Hakim” (VAR) sertifikat turniri keçirilib. Turnirin sonunda setrifikat alan hakim və hakim köməkçilərinin VAR və AVAR texnologiyası tətbiq olunan beynəlxalq oyunlara təyinat ala bilməsi üçün UEFA tərəfindən Beynəlxalq Futbol Assosiasiyaları Şurasına (IFAB) müraciət edilib. 

Son xəbərlər

Orphus sistemi