Gürcüstanlı futbolçu: "Qarabağ"la matçda hamı mübarizə aparmalıdır"

Gürcüstanlı futbolçu: "Qarabağ"la matçda hamı mübarizə aparmalıdır" "Bu, ən vacib oyundur. Bunun fəqindəyik, başa düşür və məsuliyyət daşıyırıq".
Futbol
29 Sentyabr , 2020 14:22
Gürcüstanlı futbolçu: Qarabağla matçda hamı mübarizə aparmalıdır
Valeriane Qviliya

"Bu, bizim üçün ən vacib oyundur. Bunun fəqindəyik, başa düşür və məsuliyyət daşıyırıq". 

"Report"un məlumatına görə, bu fikirləri "Legiya"nın futbolçusu Valeriane Qviliya Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri matç barədə danışarkən deyib. 

26 yaşlı gürcüstanlı yarımmüdafiəçi bildirib ki, komandanın hər bir üzvü mübarizə aparmalıdır: "Öz oyunumuzu göstərəcəyik. Komanda üçün çalışmalıyıq. "Qarabağ"la matçda qələbə qazanmalı və Avropa Liqasının qrup mərhələsinə yüksəlməliyik".

Qeyd edək ki, oktyabrın 1-də oynanılacaq "Legiya" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi