Futzal üzrə Azərbaycan millisi Belçika yığmasına qalib gəlib

Futzal üzrə Azərbaycan millisi Belçika yığmasına qalib gəlib Azərbaycan milli komandası 3:1 hesabı ilə qələbə qazanıb
Futbol
143
18 Mart , 2015 23:29
Futzal üzrə Azərbaycan millisi Belçika yığmasına qalib gəlib

Bakı. 18 mart. REPORT.AZ/ Martın 18-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan və Belçika milli komandaları qarşılaşıb. "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan milli komandası 3:1 hesabı ilə qələbə qazanıb.

Oyunda yığmamızın heyətində Eduardo Mello Borges, Auqusto Sezar və De Araujo fərqləniblər.

Rəqib komandanın heyətində isə yeganə qolu Valentin Dujacquier vurub.

Azərbaycan millisinin mübarizə apardığı dördüncü qrupda Ukrayna yığması Danimarka komandasına 5:2 hesabı ilə qalib gəlib.

Qrupu ilk pillədə başa vuran komanda final mərhələsinə birbaşa vəsiqə qazanacaq.

Son xəbərlər

Orphus sistemi