Futbolda 5 əvəzetmə qaydasının istifadə müddəti uzadıldı

Futbolda 5 əvəzetmə qaydasının istifadə müddəti uzadıldı Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) 5 əvəzetmə qaydası ilə bağlı qərarda dəyişiklik edib.
Futbol
16 Dekabr , 2020 20:04
Futbolda 5 əvəzetmə qaydasının istifadə müddəti uzadıldı

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) 5 əvəzetmə qaydası ilə bağlı qərarına dəyişiklik edib.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə bağlı tətbiq olunan qaydanın istifadə müddəti 2022-ci ilədək uzadılıb.

Yeni qərar ökədaxili yarışlarda 2021-ci il dekabrın 31-dək qüvvədə olacaq. Beynəlxalq matçlarda isə 5 əvəzetmə qaydasından 2022-ci il iyulun 31-dək istifadə olunacaq.

Son xəbərlər

Orphus sistemi