Futbolçu klubun onu buraxmayacağı təqdirdə, özünü zədələyəcəyini açıqlayıb

Futbolçu klubun onu buraxmayacağı təqdirdə, özünü zədələyəcəyini açıqlayıb Dimitri Payet "Vest Hem"dən ayrılmaq istədiyini bildirib
Futbol
1203
18 Yanvar , 2017 11:06
Futbolçu klubun onu buraxmayacağı təqdirdə, özünü zədələyəcəyini açıqlayıb

Bakı. 18 yanvar. REPORT.AZ/ İngiltərənin "Vest Hem" klubunda çıxış edən Dimitri Payet maraqlı açıqlama verib. "Report"un Portuqaliyanın "A Bola" nəşrinə istinadən verdiyi məlumata görə, 29 yaşlı futbolçu özünü zədələyəcəyini bildirib.

Fransalı yarımmüdafiəçi bu addımı klubunun onu buraxmayacağı təqdirdə atacağını deyib. O, fikirlərini belə izah edib: "Əminəm ki, daha "Vest Hem" forması geyinməyəcəyəm. Məni buraxmasalar, çarpaz bağlarımı zədələyəcəyəm. İnsanam, gələcəyimi özümün seçmək hüququm var".

Qeyd edək ki, Dimitri Payet 2015-ci ilin yayından "Vest Hem"də çıxış edir. Onun sabiq komandası Fransa "Marsel"i futbolçu üçün 20 milyon avro təklif etsə də, İngiltərə təmsilçisinin rəhbərliyi bundan imtina edib. 

Son xəbərlər

Orphus sistemi