Futbol üzrə dünya çempionatları tarixində ilk dəfə videotəkrara əsasən penalti təyin olub

Futbol üzrə dünya çempionatları tarixində ilk dəfə videotəkrara əsasən penalti təyin olub Bakı. 16 iyun. REPORT.AZ/ Futbol üzrə dünya çempionatları tarixində ilk dəfə videotəkrara əsasən penalti təyin olub.
Futbol
16 İyun , 2018 15:27
Futbol üzrə dünya çempionatları tarixində ilk dəfə videotəkrara əsasən penalti təyin olub

Bakı. 16 iyun. REPORT.AZ/ Futbol üzrə dünya çempionatları tarixində ilk dəfə videotəkrara əsasən penalti təyin olub.

“Report” xəbər verir ki, DÇ-2018-də C qrupunu I turu çərçivəsində keçirilən Fransa – Avstraliya oyununun 56-cı dəqiqəsində baş hakim Andres Kunya texnologiyanın köməyinə müraciət edib. Avstraliya yığmasının yarımmüdafiəçisi Coşua Risdonun cərimə meydançasının daxilində Fransa millisinin forvardı Antuan Qrizmana qarşı qaydanı pozduğu epizodu təkrar izləyən baş hakim penalti qərarı verib.

Zərərçəkən 11 metrlik zərbəni dəqiq yerinə yetirərək, hesabı açıb.

Son xəbərlər

Orphus sistemi