Futbol üzrə dünya çempionatının seçmə mərhələsinin növbəti oyunları keçiriləcək

Futbol üzrə dünya çempionatının seçmə mərhələsinin növbəti oyunları keçiriləcək İkinci oyun günündə "A", "B" və "H" qruplarında 9 qarşılaşma oynanılacaq
Futbol
292
25 Mart , 2017 08:00
Futbol üzrə dünya çempionatının seçmə mərhələsinin növbəti oyunları keçiriləcək

Bakı. 25 mart. REPORT.AZ/ Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində V turun növbəti görüşləri keçiriləcək.

"Report"un məlumatına görə, ikinci oyun günündə "A", "B" və "H" qruplarında üst-üstə 9 qarşılaşma oynanılacaq.

"A" qrupunda İsveç Belarusu, Lüksemburq Fransanı, Bolqarıstan Hollandiyanı qəbul edəcək.

"B" qrupunda Andorra Farer adaları yığmasını, itkisiz irəliləyən İsveçrə Latviyanı, Avropa çempionu Portuqaliya isə Macarıstanı qəbul edəcək.

Nəhayət, "H" qrupunda "Qarabağ"ın qapıçısı İbrahim Şehiçin də dəvət aldığı Bosniya və Herseqovina yığması Cəbəllütariqlə evdə, "Qəbələ"nin hücumçusu Sergey Zenyovun komandası Estoniya Kiprlə səfərdə üz-üzə gələcəksə, itkisiz lider Belçika Yunanıstanı sınağa çəkəcək.

2018-ci il dünya çempionatı, Avropa zonası, V tur

25 mart

"A" qrupu

21:00. İsveç – Belarus

23:45. Lüksemburq – Fransa

23:45. Bolqarıstan – Hollandiya

Xal durumu: Fransa - 10, Hollandiya - 7, İsveç - 7, Bolqarıstan - 6, Belarus - 2, Lüksemburq - 1.

"B" qrupu

21:00. Andorra – Farer adaları

21:00. İsveçrə - Latviya

23:45. Portuqaliya – Macarıstan

Xal durumu: İsveçrə - 12, Portuqaliya - 9, Macarıstan - 7, Farer adaları - 4, Latviya - 3, Andorra - 0

"H" qrupu

21:00. Bosniya və Herseqovina – Cəbəllütariq

21:00. Kipr – Estoniya

23:45. Belçika – Yunanıstan

Xal durumu: Belçika - 12, Yunanıstan - 10, Bosniya və Herseqovina - 7, Kipr - 3, Estoniya - 3, Cəbəllütariq - 0.

Son xəbərlər

Orphus sistemi