Futbol üzrə Çempionlar Liqasında yeni rekord qeydə alınıb - VİDEO

Futbol üzrə Çempionlar Liqasında yeni rekord qeydə alınıb - VİDEO Bu, cari mövsümdə qrup mərhələsinin V tur matçına təsadüf edib
Futbol
143
23 Noyabr , 2016 02:14
Futbol üzrə Çempionlar Liqasında yeni rekord qeydə alınıb - VİDEO

Bakı. 23 noyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib.

"Report"un məlumatına görə, bu, cari mövsümdə qrup mərhələsinin V tur matçına təsadüf edib.

Almaniyanın "Borussiya" (Dortmund) klubu Polşa "Legiya"sı ilə görüşdə 8:4 hesablı qələbəyə nail olub. Əvvəlki rekord 2003-cü ildə 11 qolun vurulduğu "Monako" (Fransa) - ""Deportivo" (İspaniya) matçında qeydə alınmışdı - 8:3.

Digər tərəfdən, "Borussiya" - "Legiya" matçının ilk yarısında 7 qol vurulub. Belə hal Çempionlar Liqasında birinci dəfə baş verib. Meydan sahiblərinin 5 qolu 16 dəqiqəyə vurması da turnirin rekordudur.

Qeyd edək ki, Dortmund "Borussiya"sı bu qələbə sayəsində F qrupunda xallarını 13-ə çatdırıb və İspaniya "Real Madrid"i ilə birgə 1/8 finala yüksəlib. 1 xala malik "Legiya" isə qrupda sonuncudur.

Son xəbərlər

Orphus sistemi