Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib
- 25 avqust, 2017
- 18:46
Bakı. 25 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.
"Report" xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
Həftənin açılış matçında "İnter" evdə " Səbail"i 1:0 hesabı ilə məğlub edib. "Neftçi" isə paytaxtda "Kəpəz"lə bərabərə qalıb - 0:0.
Qeyd edək ki, III tura avqustun 25-də keçiriləcək "Zirə" - "Sumqayıt" və "Qarabağ" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
III tur
25 avqust (cümə)
"İnter” – "Səbail” - 1:0
Qol: Nizami Hacıyev, 4
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rahil Ramazanov, Ramil Diniyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Fazil Mürşüdov
"İnter Arena”
"Neftçi” – "Kəpəz” 0:0
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Mehman Mahmudov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Kərim Ağayev
"Bakcell Arena”