Futbol üzrə Azərbaycan millisinin hazırlıq planı açıqlanıb

Futbol üzrə Azərbaycan millisinin hazırlıq planı açıqlanıb Bakı. 7 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisinin hazırlıq planı açıqlanıb.
Futbol
7 Mart , 2019 16:48
Futbol üzrə Azərbaycan millisinin hazırlıq planı açıqlanıb
Report

Bakı. 7 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisinin hazırlıq planı açıqlanıb.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv martın 16-dan etibarən Bakıda təlim-məşq toplanışına başlayacaq. Komanda martın 19-dək Mərdəkan qəsəbəsində, “Dalğa Arena”nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində qalacaq.

Həmin gün nahardan sonra Zaqrebə yollanacaq milli Xorvatiya yığması ilə oyundan dərhal sonra Bakıya qayıdacaq və martın 25-də “Bakcell Arena”da Litva yığması ilə keçirəcəyi oyunun hazırlığına başlanacaq.

Millinin qeyd olunan toplanışlar və oyunlar üçün heyəti gələn həftə açıqlanacaq.

Millinin oyunları ilə əlaqədar olaraq, Azərbaycan Premyer Liqasında XXI turun iki matçının vaxtı dəyişdirilib. Yığmanın daha səmərəli hazırlaşması məqsədilə AFFA-dan Peşəkar Futbol Liqasına daxil olan rəsmi müraciətdə millinin martın 16-da təlim-məşq toplanışına başlamaq istəyi öz əksini tapıb.

Qeyd olunan tarixdə təqvim üzrə Premyer Liqanın XXI turu çərçivəsində “Səbail” - “Qarabağ” və “Zirə” - “Keşlə” matçları keçirilməsi nəzərdə tutulub. PFL də bu istəyi nəzərə alaraq, XXI turun oyunlarında dəyişiklik edib. “Səbail” - “Qarabağ” və “Zirə” - “Keşlə” görüşləri ayın 15-nə keçirilib.

N.Yurçeviç “Qarabağ” və "Neftçi” klublarının bazasında olub. Millinin baş məşqçisi hər iki komandanın baş məşqçisi – Qurban QurbanovRoberto Bordinlə görüşüb. Görüş zamanı milli komandaya dəvət olunacaq və namizəd hesab edilən futbolçuların hazırlıq səviyyəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi