Futbol üzrə Azərbaycan milli komandalarının məşqçi heyəti üçün yeni ofis ayrılıb

Futbol üzrə Azərbaycan milli komandalarının məşqçi heyəti üçün yeni ofis ayrılıb Qurban Qurbanov: "Hamısı nəzarətimizdədir"
Futbol
11 May , 2018 15:08
Futbol üzrə  Azərbaycan milli komandalarının məşqçi heyəti üçün yeni ofis ayrılıb
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ Azərbaycan milli komandalarının məşqçi heyəti üçün yeni ofis ayrılıb.

“Report”un məlumatına görə, bu barədə əsas yığmanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərlə söhbətində bildirib. 46 yaşlı mütəxəssis deyib ki, bunadək AFFA-nın inzibati binasında məskunlaşan heyət Bakı Olimpiya Stadionuna köçür: "Ofis hələ tam hazır deyil. Hazır olduqdan sonra ora köçəcəyik". 

Qurbanov Rusiyanın “Krılya Sovetov” komandasının formasını geyinən Azər Əliyevin yığmaya çağrılıb-çağırılmayacağına da toxunub. O, Rusiyada doğulan 24 yaşlı cinah yarımmüdafiəçisini nəzarətdə saxladıqlarını deyib: “Hamısı nəzarətimizdədir. Ola bilər ki, həmişə dəvət olunan futbolçu çağırılsın və ya əksinə. Ümumən götürsək, axtarışdayıq, nəzarətdə saxlayırıq. Kimisə çağırmaq istəyiriksə, hərənin öz vaxtı olacaq. Bu gün desəm ki, Azər Əliyevi mütləq çağıracağam, düzgün olmaz. Amma nəzarətdədir, oyunlarına baxırlar”. 

Son xəbərlər

Orphus sistemi