Futbol tarixində ən uzun müddət qələbə qazanmayan komanda dəyişib

Futbol tarixində ən uzun müddət qələbə qazanmayan komanda dəyişib Meksikanın “Verakrus” komandası anti-rekorda imza atıb.
Futbol
28 Avqust , 2019 15:14
Futbol tarixində ən uzun müddət qələbə qazanmayan komanda dəyişib

Meksikanın “Verakrus” komandası anti-rekorda imza atıb.

“Report” xəbər verir ki, Verakrus şəhərinin eyniadlı təmsilçisi ölkə çempionatının VII turunda evdə “Keretaro”ya 0:5 hesabı ilə uduzmaqla, futbol tarixində ən uzun müddət qələbə qazana bilməyən komandaya çevrilib.

Bu klub 33 matçdır qalibiyyətə həsrətdir. “Verakrus” 25 avqust 2018-ci ildən bəri 25 görüşdə uduzduğu halda, 8 dəfə heç-heçə edib.

Qeyd edək ki, bunadək İngiltərənin “Derbi” komandası ardıcıl 32 oyunda qələbə qazana bilməmişdi.

Son xəbərlər

Orphus sistemi