Frits Ştuxlik mərkəzi oyuna təcrübəsiz referi təyin edib

Frits Ştuxlik mərkəzi oyuna təcrübəsiz referi təyin edib "Qəbələ" və "Qarabağ" komandaları arasında keçiriləcək Azərbaycan Premyer Liqasının XII tur matçı təcrübəsiz hakimə tapşırılıb.
Futbol
28 Noyabr , 2021 16:58
Frits Ştuxlik mərkəzi oyuna təcrübəsiz referi təyin edib

"Qəbələ" və "Qarabağ" komandaları arasında keçiriləcək Azərbaycan Premyer Liqasının XII tur matçı təcrübəsiz hakimə tapşırılıb.

"Report"un məlumtına görə, mərkəzi oyuna təyinat alan Kamranbəy Rəhimov ilk dəfə yüksək liqada görüş idarə edəcək.

AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlikin bu cür prinsipial oyunu debütanta həvalə etməsi olduqca təəccüblüdür. Çünki Rəhimov cari mövsümdə yalnız I Divizion oyunlarında ədaləti qoruyub. O, II turun "Qarabağ-2" - "Sumqayıt-2", III turun "Keşlə-2" - "Qəbələ-2", V turun "Neftçi-2" - "Sumqayıt-2", VII turun "Qaradağ Lökbatan" - "Zirə-2" və VIII turun "Qəbələ-2" - "Zaqatala" görüşlərində fit çalıb. Gənc referinin Premyer Liqada debütü də Qəbələyə təsadüf edəcək.

Qeyd edək ki, noyabrın 29-da Qəbələ şəhər stadionunda oynanılacaq qarşılaşma saat 16:00-da başlayacaq. Hazırda Ağdam klubu 26 xalla turnir cədvəlinə başçılıq edir. 21 xalı olan əyalət təmsilçisi isə 2-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi