Fransanın
“Report” xəbər verir ki, bu müqayisə Katalon klubunun paltardəyişmə otağında qərarların qəbul olunmasında Messinin nüfuzunu və gücünü göstərir. Nəşrin üz qabığında “Lionel Messi. Barselona Çesi" sözləri yazılıb.
Daha əvvəl "Barselona"nın hücumçusu elan edib ki, birinci komandanın futbolçuları çətin vaxtda kluba kömək etmək üçün maaşlarının 70 faizindən imtina edəcəklər. O və klubun üzvləri pullarını "Barselona" işçilərinin hesabına köçürəcəklər ki, onlar maaşlarını tam məbləğdə ala bilsinlər.
Martda İspaniya çempionatı, bütün başqa Avropa liqaları kimi koronavirus pandemiyasına görə dayandırılıb. Daha əvvəl bildirilirdi ki, "Barselona”nın maliyyə itkiləri 100 milyon avro təşkil edə bilər.