​Fransanın “Monako” klubu Bakıya gəlib

​Fransanın “Monako” klubu Bakıya gəlib Knyazlıq komandası noyabrın 5-də "Qarabağ"la qarşılaşacaq
Futbol
105
4 Noyabr , 2015 02:25
​Fransanın “Monako” klubu Bakıya gəlib

Bakı. 4 noyabr. REPORT.AZ/ Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Ağdamın “Qarabağ” komandası ilə qarşılaşacaq Fransanın “Monako” klubu Bakıya gəlib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, knyazlıq təmsilçisi Azərbaycana 20 futbolçusunu gətirib.

Klubun heyətində Rikardo Karvalyo, Joao Moutinyo, Stefan Əl-Şaaravi, Mario Paşaliç və Lasina Traore kimi ulduz futbolçular yer alıb.

Fransa komandası noyabrın 4-də Bakıda "Qarabağ"la görüşdən əvvəl son məşqinə çıxacaq. “Qarabağ” - “Monako” matçı noyabrın 5-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlayacaq. Komandalar arasında ilk görüş 1:0 hesabı ilə “Monako”nun xeyrinə olub.

Son xəbərlər

Orphus sistemi