Fransada daha bir futbolçuda koronavirus aşkarlandı

Futbol
  • 14 mart, 2020
  • 10:48
Fransada daha bir futbolçuda koronavirus aşkarlandı

Fransada daha bir futbolçu koronavirus pandemiyasına yoluxub.

"Report"un məlumatına görə, Liqa2-də çıxış edən "Oser" rəsmi saytı vasitəsi ilə akadamiyanın gənc oyunçusununda virus aşkarlandığını bildirib. Klub futbolçunun adını açıqlamayıb və onun vəziyyətinin normal olduğunu vurğulayıb.

Daha öncə Liqa2-də "Trua"nın cənubi koreyaları futbolçusu Sok Hyon Cunda koronavirus aşkarlanıb.

Qeyd edək ki, Fransa Futbol Federasiyası koronavirus pandemiyası səbəbindən ölkədəki bütün futbol matçlarını təxirə salıb. 

44 filmi