Fransa yığmasının futbolçusu klubundan şəxsi təyyarə istəyib

Fransa yığmasının futbolçusu klubundan şəxsi təyyarə istəyib Bakı. 7 noyabr. REPORT.AZ/ Fransa milli komandasının və PSJ-nin ulduz futbolçusu Kilian Mbappe klubla yeni müqavilə imzalamaq üçün öz tələblərini bildirib.
Futbol
7 Noyabr , 2018 13:51
Fransa yığmasının futbolçusu klubundan şəxsi təyyarə istəyib

Bakı. 7 noyabr. REPORT.AZ/ Fransa milli komandasının və PSJ-nin ulduz futbolçusu Kilian Mbappe klubla yeni müqavilə imzalamaq üçün öz tələblərini bildirib. 

"Report" "Football Leaks"ə istinadən xəbər verir ki, 20 yaşlı hücumçu beşillik müqavilə üçün 55 milyon avro istəyib. Gənc oyunçu həmçinin Paris təmsilçisindən şəxsi təyyarə tələb edib. 

Kilian Mbappenin digər tələbi də ondan ibarətdir ki, o, "Qızıl top" mükafatını qazanacağı təqdirdə, klubun ən çox qazanan futbolçusu olmaq niyyətindədir.

Qeyd edək ki, Kilian Mbappe cari mövsüm 11 oyuna 13 qol vurub. O, Fransa yığması ilə birgə Rusiyada keçirilmiş dünya çempionatının da qalibi olub. Mbappenin PSJ ilə hazırkı müqaviləsi 2022-ci ildə başa çatacaq. 

Son xəbərlər

Orphus sistemi