Bakı. 15 iyun. REPORT.AZ/ Futbol üzrə Avropa çempionatının keçirildiyi Fransada yerli polis bir neçə rusiyalı jurnalisti saxlayıb.
"Report"un məlumatına görə, "Çempionat", TASS, "Sport-Ekspress" və "Matç TV"nin əməkdaşları heç bir səbəb göstərilmədən saxlanıb və akkreditasiyaları müsadirə olunub.
Təqribən 20 dəqiqədən sonra saxlanılan jurnalistlər sərbəst buraxılıb.
Qeyd edək ki, ötən gün Fransanın Lill şəhərində rus və ingilis azarkeşlər arasında daha bir toqquşma yaşanıb.